Sabah Bakıda güləş üzrə U-17 dünya çempionatına start veriləcək.

Offsideplus.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunacaq yarışda ilk olaraq yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaqlar. Artıq turnirin püşkatma mərasimi keçirilib və təmsilçilərimizin ilk rəqibləri müəyyənləşib:

  • 45 kq (Təsnifat): Əli Cavadlı – Oqnyan Burqazov (Bolqarıstan)

  • 48 kq (1/8 final): Ömər Salmanov – Avinaş Çetake (Hindistan)

  • 51 kq (Təsnifat): Abdulrəhman Hüseynli – Kuanişbek Janqajol (Qazaxıstan)

  • 55 kq (Təsnifat): Qurban Məcnunov – Alixan Minazarov (Qırğızıstan)

  • 60 kq (Təsnifat): Elmir Çərkəzov – Nurali Askar (Qazaxıstan)

  • 65 kq (Təsnifat): Orxan Həbibli – Qaspar Sançez (Çexiya)

  • 71 kq (Təsnifat): Nadir Həsənov – Mahdi Azizboyev (Tacikistan)

  • 80 kq (Təsnifat): İsfahan Həsənov – Toma Yelenç (Xorvatiya)

  • 92 kq (Təsnifat): Zöhrab Səfərov – Hlib Yevsieyev (Ukrayna)

  • 110 kq (Təsnifat): Emin Baxşəliyev – Andrey Simiç (Serbiya)

Qeyd edək ki, çempionatın ilkin mərhələ görüşləri saat 10:30-da start götürəcək. Yarışın rəsmi açılış mərasimi 17:15-də, yarımfinal qarşılaşmaları isə 18:00-da başlayacaq.