İngiltərə çempionu "Arsenal" "Real Madrid"in portuqaldilli ulduz vingeri Vinisius Junioru transfer etmək imkanlarını dəyərləndirir.
Offsideplus.az xəbər verir ki, London klubunun baş məşqçisi Mikel Arteta UEFA Çempionlar Liqasında zəfər qazanmaq üçün komandaya məhz Vinisius səviyyəsində hücumçunun lazım olduğuna inanır.
26 yaşlı braziliyalı futbolçunun "Real Madrid" ilə müqaviləsinin başa çatmasına cəmi 1 il qalır və tərəflər arasında yeni müqavilə danışıqlarında irəliləyiş əldə olunmayıb. İspaniya nəhəngi oyunçunu gələn il pulsuz itirməmək üçün bu yay satmaq məcburiyyətində qala bilər.
Lakin transferin reallaşması asan görünmür. "Real Madrid"in yeni baş məşqçisi Jose Mourinyo Vinisius Junioru komandanın toxunulmaz əsas dayaqlarından biri hesab etdiyini və onun satılmasına qarşı olduğunu rəhbərliyə bildirib.


