Azərbaycan cüdoçularının Tacikistanın paytaxtı Düşənbə şəhərində keçiriləcək "Böyük Dəbilqə" turniri üçün heyəti məlum olub.
Offsideplus.az xəbər verir ki, mayın 1-dən 3-nə qədər davam edəcək nüfuzlu yarışda ölkəmizi kişilərdən ibarət yığma komandanın üzvləri təmsil edəcəklər. Böyük məşqçilər – Elçin İsmayılov və Slavko Tekiçin rəhbərliyi altında 4 çəki dərəcəsində ümumilikdə 6 idmançımız tatami üzərinə çıxacaq.
Heyətdə aşağıdakı cüdoçular yer alıblar:
Murad Muradlı (60 kq)
Nizami İmranov, İslam Rəhimov (hər ikisi 66 kq)
Rəşid Məmmədəliyev (73 kq)
Uşanqi Kokauri, Camal Qamzatxanov (hər ikisi +100 kq)
Qeyd edək ki, Dünya Cüdo Turu çərçivəsində təşkil olunan bu turnirdə 34 ölkədən 248 idmançının iştirakı gözlənilir.


