Xamzat Çimayevdən İliya Topuriya və İslam Maxaçevə tərif gəlib.
Offsideplus.az xəbər verir ki, idmançı müasir MMA-də təkcə güləş biliklərinin kifayət etmədiyini vurğulayıb:
‘’Saf bir güləşçi, ayaqüstü döyüş və ya qrapplinq (yer döyüşü) biliyi olmadan UFC döyüşçüsünə qarşı nə edə bilər ki?
Məsələn, İslam Maxaçev. Hamı onun sadəcə güləşçi olduğunu düşünür. Nə güləşçisi? İslam rəqiblərini nakaut edib, mən də həmçinin. İliya Topuriya da yaxşı güləşir, Arman Tsarukyan da.
Biz həm qrapplinqi bilirik, həm də ayaqüstü döyüşməyi bacarırıq. Hamımız rəqiblərimizi nakaut etmişik, təslim olmağa məcbur etmişik və güləşdə üstələmişik. Bu, tamamilə fərqli bir idman növüdür. Çünki burada sadəcə güləş deyil, üç intizam bir aradadır".


