Azərbaycan Premyer Liqasının XXIX turunda baş tutan "Neftçi" – "Qarabağ" derbisi hər iki klub üçün maliyyə itkisi ilə nəticələnib.

Offsideplus.az xəbər verir ki, meydan sahibləri azarkeşlərinin hərəkətlərinə görə ümumilikdə 13 min manat məbləğində cərimə olunublar.

Matçın son dəqiqələrində meydana kənar əşyaların atılması "ağ-qaralar"a 5 000 manata başa gəlib. Bu, cari mövsümdə eyni halın altıncı dəfə təkrarlanmasıdır. Bundan əlavə, tribunadakı kütləvi təhqirlər paytaxt klubunu daha 8 000 manat ziyana salıb.

Qonaq komanda da cəzasız qalmayıb. Qarabağ tərəfdarlarının tribunada pirotexniki vasitələrdən istifadə etməsi səbəbindən Ağdam təmsilçisi 7 000 manat cərimə edilib.