"Konyaspor" və "Fənərbağça" arasında keçirilən kubok matçında yaşanan qalmaqalın pərdəarxası məqamları üzə üzə çıxıb.
Offsideplus.az xəbər verir ki, oyun zamanı stadionun üzərindən alçaqdan uçan səssiz (səsdən sürətli) reaktiv təyyarələrin və helikopterlərin səsi azarkeşləri və futbolçuları təşvişə salmışdı.
Hadisənin əsl mahiyyəti böyük bir rüsvayçılıqdan ibarətdir.
Bu barədə türkiyəli jurnalist Fatih Altaylı məlumat yayıb.
Məlum olub ki, Konyadakı hava bazasının komandiri "Konyaspor" azarkeşi olduğu üçün əmrindəki təyyarə və helikopterlərə stadionun üzərində uçmaq tapşırığı verib. Məqsəd isə qonaq komandanın futbolçularını qorxutmaq və oyun nizamını pozmaq olub.
Hadisə üzə çıxdıqdan dərhal sonra Baş Qərargah hərəkətə keçib. Sözügedən komandir dərhal vəzifəsindən azad edilib və rütbəsinin aşağı salınması sayıla biləcək bir şəkildə Ankarada fərqli bir vəzifəyə təyin olunub.
Bu hadisə idman etikasına və hərbi intizama sığmayan bir addım kimi dəyərləndirilib. Şəxsi maraqları və azarkeşlik hisslərini dövlət texnikasından istifadə edərək nümayiş etdirən generalın bu davranışı hərbi dairələrdə ciddi tənqidlə qarşılanıb. Ekspertlər hesab edir ki, təyyarələrin sərf etdiyi yanacaq və aşınma xərcləri həmin hərbçinin maaşından və ya təzminatından tutulmalıdır, çünki həmin texnika kiminsə şəxsi mülkü deyil.


