"Neftçi" və "Qarabağ" arasındakı təxirə salınmış XXI tur matçını idarə edəcək hakimlər briqadası müəyyənləşib.
Offsideplus.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, aprelin 30-da baş tutacaq prinsipial qarşılaşma Kamranbəy Rəhimova tapşırılıb. Yan xətt hakimləri funksiyasını Rəhman İmami və Müslüm Əliyev yerinə yetirəcəklər. Oyunun dördüncü hakimi Rəşad Əhmədov olacaq.
VAR otağında Elçin Məsiyev, AVAR-da isə Elşad Abdullayev əyləşəcək.
Qeyd edək ki, "Neftçi Arena"da keçiriləcək derbi saat 20:00-da başlayacaq.


