"Əl-Nəsr" klubunun ulduz futbolçusu Kristiano Ronaldo peşəkar karyerasında yeni bir zirvəni fəth edib.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı hücumçu "Əl-Əhli" ilə qarşılaşmada başla vurduğu qolla rəsmi oyunlarda vurduğu qolların sayını 970-ə çatdırıb.
"Əl-Nəsr"in 2:0 hesablı qələbəsi ilə başa çatan matçda fərqlənən Ronaldo futbol tarixindəki inanılmaz rekorduna bir addım da yaxınlaşıb.
Ronaldo karyerası ərzində 1000 qol həddinə çatmaq üçün artıq cəmi 30 qol uzaqlığındadır.
Ronaldo bu sürətlə davam edərsə, futbol dünyasının "əlçatmaz" hesab etdiyi 1000 qol rekordunu qıran ilk oyunçu kimi tarixə düşə bilər.


