Çinin elektromobil nəhəngi BYD, Formula 1-ə 12-ci komanda kimi daxil olmaq niyyətini rəsmən təsdiqləyib.

Offsideplus.az xəbər verir ki, şirkətin vitse-prezidenti Stella Li Pekin Avtoşousunda verdiyi açıqlamada F1-in CEO-su Stefano Domenikali ilə Şanhayda görüşdüklərini və hazırda bu məsələnin müzakirə edildiyini bildirib. Onun sözlərinə görə, BYD qlobal imicini gücləndirmək üçün motorsporta maraq göstərir.

Hazırda Çin nəhənginin qarşısında üç əsas seçim var: 12-ci komanda kimi qoşulmaq, güc qurğusu (mühərrik) istehsalçısı olmaq və ya əsas tərəfdaş kimi çıxış etmək.

Qeyd edək ki, BYD son illərdə daxili bazarda sürətlə böyüdükdən sonra indi beynəlxalq səviyyədə tanınmağı hədəfləyir.