Azərbaycanın qadın basketbolçular ibarət 3x3 yığması FIBA Çempionlar Kubokunda finala yüksəlib.
Offsideplus.az xəbər verir ki, onlar yarımfinalda ABŞ-la üz-üzə gəlib və 22:20 hesablı qələbə qazanıb.
Azərbaycanın finaldakı rəqibi Niderland olacaq. Görüş Bakı vaxtı ilə saat 14:05-də başlayacaq.
Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.


