"Sabah"ın basketbol üzrə U-18 komandası aprelin 7-12-də Bosniya və Herseqovinanın Laktasi şəhərində keçiriləcək Çempionlar Liqasında mübarizə aparacaq.

Offsideplus.az xəbər verir ki, turnirdə 12 komanda 4 qrupda çıxış edəcək.

Dördüncü dəfə keçiriləcək yarışda ilk dəfə Azərbaycan təmsilçisi iştirakçılar sırasında yer alacaq.

Püşkatmanın nəticəsinə əsasən, komanda B qrupunda mübarizə aparacaq. Bu qrupda rəqiblər "Igokea" (Bosniya və Herseqovina) və "Porsche BBA Ludwigsburg" (Almaniya) klubları olacaq.

Reqlamentə əsasən qrup qalibləri mübarizəni yarımfinalda davam etdirəcək. İkinci yeri tutanlar 5-8, qrup sonuncuları isə 9-12-ci yerlər uğurunda yarışacaq.