Misli Premyer Liqasının XXI turundan təxirə salınmış "Neftçi" - "Qarabağ" oyunu "ağ-qaralar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Bakı klubunun baş məşqçisi Yuri Vernidub matçı şərh edib:

"İlk növbədə "Neftçi"nin azarkeşlərini təbrik edirəm. Bizim üçün önəmli qələbədir. Əvvəlki oyuna görə də bir daha onlardan üzr istəyirəm. "Neftçi" elə bir komandadır ki, pressinq etməli, ikrəli getməli idi. Nəticədə isə gördünüz necə hesab oldu. Bu oyun baş verdi, biz də nəticələr çıxardıq, buna görə də bugünkü oyun pis matç olmadı. Bir daha hər kəsi qələbə münasibətilə təbrik edirəm.  Sizdən xahişim olacaq ki, bu gün olarmı sual verməyəsiniz? Bu gün bu oyundan sonra rahatlaşmaq istəyirəm. Emosional cəhətdən çox yorğunam. Növbəti oyunlardan sonra sual verə bilərsiniz. Sizin hər birinizə hörmətlə yanaşıram. Həmişə gözəl suallar verirsiniz, mən də səmimiyyətlə cavab verirəm, Bu oyun məni çox yordu. "Şamaxı" ilə oyundan sonra uzun-uzun söhbətləşərik".