Misli Premyer Liqasının XXI turundan təxirə salınmış "Neftçi" - "Qarabağ" oyunu "ağ-qaralar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov görüşü şərh edib:
"Neftçi"ni qələbə münasibətilə təbrik edirəm. futbolçularımdan razı qaldım. Futbol ab-havası vardı. Bu günkü oyunda "Neftçi"nin oyunçularının daha hazır olacağını gözləyirdim. Əvvəlki oyun rəqibə daha çox motivasiya və ciddiyyət vermişdi. Maksimum çalışdıq ki, futbolçularımız ilk oyun haqda düşünməsinlər. Rəqibin yaxşı heyətinin, sürətli oyunçularının odluğunu bilirlər. Bir az oyunun ilk dəqiqələrində rahatlıq vardı. Lakin insandırlar, yaxşı rəqabət göstərdilər. Bu gün "Neftçi"nin günü idi", deyə mütəxəssis qeyd edib.
Q.Qurbanov Ağdam təmsilçisinin transfer gündəmi barədə açıqlama verib:
"Danışıqlar gedir. İşimizin 60-70 faizini transfer tərəfinə yönəltmişik. Daha geniş heyətimizin olmağına ehtiyac var. Mütləq şəkildə 4-5 və ya 6 transfer etməyə çalışacağıq. Belə hallar olub ki, son anda belə hansısa transferimiz alınmayıb. Heyətdə dəyişikliklər olacaq, bəli. Bu, hansısa futbolçunu göndərmək istədiyimizdən yox, heyəti genişləndirmək üçündür. Gedənlər də olacaq, gələnlər də. Elvin ilə bağlı son durum necə varsa, elədir. Hələ ki bir neçə oyun var, o oyunlarda qərar veriləcək. Elvinlə aramızda görüş olmayıb. Əvəzedicilər Liqasında oynamamaqlarına gəlincə, elə bir tapşırıq verməmişəm. İstəsələr, oynaya bilərlər".


