FIFA prezidenti Canni İnfantino son günlər yaranan suallara son qoyaraq, İranın bu yay keçiriləcək Dünya Çempionatında iştirak edəcəyini qəti şəkildə bildirib.
Offsideplus.az xəbər verir ki, Vankuverdə keçirilən FIFA Konqresində çıxış edən İnfantino, geosiyasi gərginliklərə baxmayaraq, turnirin cədvəlində heç bir dəyişikliyin edilməyəcəyini vurğulayıb.
İran yığması qrup mərhələsinin bütün oyunlarını planlaşdırıldığı kimi Amerika Birləşmiş Ştatlarında keçirəcək.
FİFA rəhbəri futbolun birləşdirici gücünə diqqət çəkərək, İranın iştirakını tam dəstəklədiklərini bəyan edib.
İran qrup mərhələsindəki ilk oyununu iyunun 16-da Los-Ancelesdəki "Sofi" stadionunda "Yeni Zelandiya"ya qarşı keçirəcək.
"Dünyada insanları bölməyə çalışan kifayət qədər qüvvə var. Əgər heç kim birliyi qorumasa, dünyamızın aqibəti necə olar? Futbol körpülər qurmalıdır" – deyə Canni İnfantino qeyd edib.
Qeyd edək ki, İran yığması turnirdəki mübarizəsinə iyunun 16-da start verəcək. Onlar ilk oyun günündə Los-Ancelesdə yerləşən "Sofi" stadionunda "Yeni Zelandiya" komandası ilə qarşılaşacaqlar.
Qrupun ikinci oyununda İran futbolçuları iyunun 21-də yenidən "Sofi" stadionuna çıxacaq və bu dəfə "Belçika" yığması ilə xal mübarizəsi aparacaqlar.
Qrup mərhələsinin sonuncu qarşılaşması isə iyunun 27-də baş tutacaq. İran komandası Sietl şəhərinə yollanaraq "Lumen Fild" stadionunda "Misir" kollektivi ilə üz-üzə gələcək.


