"Mançester Yunayted" klubunda baş məşqçi vəzifəsinə yeni namizəd var.
Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar"ın yeni çalışdırıcısı Andoni İraola ola bilər. Bu barədə "Telegraph" nəşri məlumat yayıb. İraolanın hazırkı baş məşqçi Maykl Karrikə əsas rəqib olduğu qeyd edilir.
"Mançester Yunayted" klubu Ole Qunnar Sulşer tarixinin təkrarlanmasından ehtiyat edir. Klub İraolanın "Bornmut"dakı işini bəyənir.
Lakin Karrik "Mançester Yunayted" ilə Çempionlar Liqasına vəsiqə qazanarsa, onun vəzifəsində qalmaq şansı artacaq.


