Azərbaycanın yunan-Roma güləşçisi İlkin Qurbanov (63 kq) Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında bürünc medal qazanıb.
Offsideplus.az xəbər verir ki, o, bürünc medal uğrunda görüşdə gürcüstanlı Rati Kozrevanidzeni 8:3 hesabı ilə məğlub edib.
Qeyd edək ki, bu, Avropa çempionatında Azərbaycanın 4-cü bürünc medalı var. Daha əvvəl sərbəst güləşçilər Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq), Zəfər Əliyev (97 kq) də bürünc medala sahib çıxıblar.


