"Real Madrid" klubunun baş məşqçi axtarışı madridlilər üçün əsl başağrısına çevrilib.
Offsideplus.az xəbər verir ki, son günlər adı İspaniya nəhəngi "Real Madrid" ilə sıx hallanan Yurgen Kloppun gələcəyi ilə bağlı rəsmi qərar bəlli olub. TA1əcrübəli mütəxəssis gələn mövsüm üçün "kral klubu"nun baş məşqçi namizədləri siyahısında yer almır.
Madrid təmsilçisi Alvaro Arbeloanı əvəzləyəcək yeni simalar axtarsa da, Kloppun bu hədəflər arasında olmadığı dəqiqləşib.
"Liverpul"dan ayrıldıqdan sonra "Red Bull" qrupunda "Qlobal Futbol Rəhbəri" vəzifəsini icra edən Klopp hazırkı işindən razı olduğunu bildirib:
Klopp "Red Bull"un futbol şəbəkəsinə (məsələn, "RB Leypsiq", "Red Bull Zaltsburq" və "Nyu-York Red Bulls") rəhbərlik etməyə və strateji inkişafı təmin etməyə davam edəcək.
Almaniyalı məşqçi yaxın gələcəkdə klub səviyyəsində məşqçiliyə qayıtmaq niyyətində olmadığını dəfələrlə vurğulayıb.
Klopp gələcəkdə yalnız bir postu – Almaniya milli komandasının baş məşqçisi vəzifəsini nəzərdən keçirə bilər.
Kloppun namizədliyinin gündəmdən düşməsi ilə Florentino Peresin siyahısında digər adlar ön plana çıxıb. İspaniya mətbuatının yazdığına görə, klub rəhbərliyi hazırda Joze Mourinyo, Maurisio Poçettino və Didye Deşam kimi mütəxəssislərin namizədliyini dəyərləndirir.
"Mənim 'Red Bull' ilə maraqlı və uzunmüddətli bir layihəm var. Hazırda gündəlik məşqçilik fəaliyyətinə qayıtmağı düşünmürəm" – deyə Yurgen Klopp son açıqlamasında qeyd edib.



