UEFA Avropa Liqasında yarımfinal mərhələsinə start verilib.
Offsideplus.az xəbər verir ki, Portuqaliyanın "Braqa" klubu evdə keçirilən gərgin qarşılaşmada Almaniya təmsilçisi "Frayburq" üzərində 2:1 hesablı qələbə qazanıb.
Oyunun taleyi son dəqiqələrdə vurulan qolla həll olunub.
Qarşılaşma hər iki tərəfin sürətli hücumları və dramatik anları ilə yadda qalıb.
"Braqa" 2:1 "Frayburq"
Qollar: Demir Ege Tıknaz (8'), Vinçenzo Qrifo (16'), Mario Dorgeles (90+2')
Penaltini qaçırdı: Rodriqo Zalazar (45+2')


