Qadın basketbolçulardan ibarət Azərbaycan yığması 2027-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti matçını keçirir.

Offsideplus.az xəbər verir ki, onlar bu gün səfərdə Monteneqro seçməsinin qonağı olacaq.

Bakı vaxtı ilə saat 20:00-da başlayacaq qarşılaşmada millimiz turnirdəki ilk xallarını qazanmağa çalışacaq.

Seçmə mərhələyə uğursuz başlayan yığmamız buna qədər keçirdiyi oyunlarda Bolqarıstan (iki dəfə), Ukrayna və bugünkü rəqibi Monteneqroya məğlub olub.

Qeyd edək ki, səfər oyunundan dərhal sonra qızlar vətənə dönəcək. Belə ki, seçmə mərhələnin növbəti matçı martın 17-də Bakıda Ukrayna yığmasına qarşı baş tutacaq.