Misli Premyer Liqasının XXX turunda bu gün "Zirə" "Qəbələ"ni qəbul edəcək.

Offsideplus.az xəbər verir ki, komandaların məqsədləri fərqlidir.

"Zirə" avrokuboklara yollanmaq, "Qəbələ" isə liqada qalmaq uğrunda mübarizə aparır.

Görüş saat 18:30-da başlayacaq.

MPL, XXX tur

3 may (şənbə)

18:30 “Zirə” – “Qəbələ”

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Əkbər Əhmədov

VAR: Rəvan Həmzəzadə

AVAR: Cəmil Quliyev

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Zümrüd Ağayeva

Zirə İK stadionu