Formula 1 üzrə Mayami Qran-Prisində sıralama turu baş tutub. 

Offsideplus.az xəbər verir ki, "Mersedes" pilotu Kimi Antonelli hamıdan sürətli olub və yarışa ilk yerdən start götürəcək. Onun komanda yoldaşı Corc Rassel 5-ci olub. 

İkinci yerdə "Red Bull"dan Maks Ferstappen qərarlaşıb. Üçüncü "Ferrari" pilotu Şarl Lekler olub. "Maklaren"dən Lando Norris isə yarışa 4-cü yerdən başlayacaq. Onun komanda yoldaşı Oskar Piastri 7-ci olub.

Qeyd edək ki, əsas yarış 3 may Bakı vaxtı ilə saat 23:59-da başlayacaq.