Azərbaycan Basketbol Liqasında (ABL) final seriyasının ikinci oyunu bu gün baş tutacaq.
Offsideplus.az xəbər verir ki, ilk oyunda "Sabah" qələbə qazanmışdı.
"Abşeron Lions" bu gün hesabı bərabərləşdirməyə çalışacaq.
Bakı İdman Sarayında baş tutacaq qarşılaşma saat 14:00-da start götürəcək.
Qeyd edək ki, seriyada 3 qələbəyə çatan ilk komanda 2025/26 mövsümündə Azərbaycan çempionu olacaq.


