Moskva "Spartak"ının argentinalı yarımmüdafiəçisi Ezekiel Barko əfsanəvi həmyerliləri Lionel Messi və Dieqo Maradona arasında seçim edib.

Offsideplus.az xəbər verir ki, 27 yaşlı futbolçu "Çempionat" nəşrinə müsahibəsində Maradonaya üstünlük verdiyini bildirib:

"Onlar futbol tarixinin ən böyük iki oyunçusudur. Düşünürəm ki, bir daha belə futbolçular olmayacaq. Amma şəxsən mənim daha çox Maradona xoşuma gəlir. Onun futbola baxışı bir qədər fərqli idi. Şübhəsiz ki, hər ikisi inanılmaz dərəcədə güclüdür, lakin birini seçməli olsam, Maradonaya üstünlük verərəm".

Qeyd edək ki, Esekiel Barko 2024-cü ilin yayında "Spartak"a transfer olunub. O, bu müddət ərzində Moskva təmsilçisinin heyətində keçirdiyi 85 oyunda 24 qol vurub və 23 məhsuldar ötürmə edib.