UFC döyüşçüsü Karlus Prates İslam Maxaçevlə yanvar ayında baş tutması planlaşdırılan görüşün ləğv olunmasının detallarını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, braziliyalı idmançının sözlərinə görə, əvvəlcə hər iki tərəf razılığa gəlsə də, sonradan UFC rəhbərliyi Maxaçevin döyüşdən imtina etdiyini bildirib. Prates qarşı tərəfin səbəb göstərmədən sadəcə yanvarda oktaqona çıxmaq istəmədiyini qeyd edib və rusiyalı döyüşçüyə sərt mesaj göndərib:

"And içirəm, oktaqonda onunla qarşılaşanda elə zərbə vuracağam ki, bir daha döyüşmək istəməyəcək".

Qeyd edək ki, Karlus Prates yanvarın 31-də keçiriləcək UFC 336 turnirində Maykl Moraleslə yarımorta çəki dərəcəsində müvəqqəti çempionluq kəməri uğrunda üz-üzə gələcək.