Amerikalı döyüşçü Coş Hokit UFC 334 turnirindən sonra Ciril Qanla xəstəxanada baş tutan söhbətindən danışıb.
Offsideplus.az xəbər verir ki, Hokit fransalı idmançının səmimi və pozitiv münasibətindən bəhs edib. "Ciril çox xoş insandır. Düzünü desəm, futbol karyeramda paltardəyişmə otağında olan komanda yoldaşlarımı xatırladır. Döyüşdən sonra hər ikimizi xəstəxanaya apardılar və səhərə qədər orada qaldıq. O, fasiləsiz olaraq mənə deyirdi ki, bir gün çempion olacaqsan. Mən isə ona bildirdim ki, bu kəməri indi istəyirəm, dost olmaq fikrim yoxdur. Amma Ciril doğrudan da yaxşı insandır. Əminəm ki, o, karyerasını bitirməzdən əvvəl bir daha qarşılaşacağıq. Hələ də zirvədədir və bir neçə döyüş keçirəcək", – deyə Hokit bildirib.
Hokit həmçinin Qanın döyüş zamanı gözlərinə toxunmasından da narazılığını ifadə edib.


