“Sabah” sabah Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunda “Barselona”nı qəbul edəcək.

Offsideplus.az xəbər verir ki, oyundan öncə keçirilən mətbuat konfransında “Sabah”ın çalışdırıcısı Valdas Dambrauskas jurnalistlərin suallarını cavablayıb:

“Biz meydanda mübarizə aparmalıyıq, oyundan həzz almalıyıq. Rəqibin gücünü hər kəs bilir. Baş məşqçi olarqq bizim üçün çətindir. Əlimizdən gələni etməliyik”.

Lamin Yamalın gəlməməsi barədə:

“Azarkeşlər üçün üzüldüm. Dünyanın ən yaxşılarındandır. Bu “Barselona” üçün problem olmayacaq. Onların super ulduzları var. Keyfiyyətli oyunçuları çoxdur. Qarşımızda dünyanın ən yaxşı komandalarından biri var”.

İngiltərə karyerası barədə:

“Bakalavr təhsilimi futbol sahəsində almışam. İşlədiyim klubların hamısında təcrübə görmüşəm”.

Motivasiya haqqında:

“Motivasiyaya ehtiyac yoxdur. Onlar uşaq olanda, futboıa başlayanda belə klubları görüblər. Hər kəs oynamaq istəyir, hamı özünü gümrah hiss edir. Bunların hamısı motivasiyadandır”.

Matçın Dambrauskasın karyerasınındakə əhəmiyyəti haqqında:

“Ən vacib oyundurmu? Xeyr. Bütün oyunlar vacibdir. Mümkün ən yaxşı performansı göstərib, oyundan zövq aımalıyıq. Hər şey öz axarında olacaq. Gözəl gecə olacaq. Hər kəsin yaddaşında qalacaq gecə olacaq”.