"Sabah” sağ olsun ki, “Barselona” kimi komandanı Bakıya gətirib. “Katalonlar” hazırda dünyanın ən yaxşı komandalarındandır. Azarkeş olmayanlar üçün də bu klubun Bakıya gəlməyi xoşdur”.
Bu sözləri Offsideplus.az-a açıqlamasında vaxtı ilə İspaniyada - “Betis”də forma geymiş Vəli Qasımov deyib:
“Gələn oyunçuların fərqi yoxdur, “Barselona”nın adı var. Oyunda qonaqlar favoritdir, amma futbolda sürprizlər olur. “Sabah” baxımlı oyun sərgiləyir. Ona görə istərdik ki, yenə belə oyun görək. Bizi xoş xəbər, gözəl matç gözləyir - nəticədən aslı olmayaraq”.
Qeyd edək ki, matç sabah saat 21:45-də başlayacaq.


