"Çelsi"nin baş məşqçisi Xabi Alonsonun postu hazırda təhlükə altında deyil.

Offsideplus.az xəbər verir ki, Premyer Liqanın 11-ci turunda "Çelsi" "Lids"ə 1:4 hesabı ilə uduzsa da və turnir cədvəlində 16 xalla 8-ci pillədə qərarlaşsa da, son beş oyunda dörd məğlubiyyətə baxmayaraq, klub rəhbərliyi 44 yaşlı mütəxəssisə tam etibar edir. London təmsilçisinin daxilində baş məşqçi dəyişikliyi müzakirə olunmur. Klubda hesab edirlər ki, Alonsonun rəhbərliyi altında vəziyyəti birlikdə düzəldə bilərlər.