"Real Madrid" ulduz futbolçusu üçün 70 milyon avroluq təklif alacaq.

Offsideplus.az xəbər verir ki, "Milan" gənc hücumçu Endricki yanvar transfer pəncərəsində heyətinə qatmaq üçün 70 milyon avro məbləğində təklif hazırlayır. Yekun qərar futbolçunun özündən asılı olacaq, çünki onun ətrafında fərqli mövqelər mövcuddur:

Endrikin agentləri futbolçunu komandadan ayrılmağa təşviq edirlər. Joze Mourinyo isə oyunçunun "Real Madrid"də qalmasını istəyir.