İspaniya La Liqasının prezidenti Xavyer Tebas ölkə çempionatında hakimlərə göstərilən təzyiqlərlə bağlı sərt açıqlamalar verib.
Offsideplus.az xəbər verir ki, Liqa rəhbəri həm "Real Madrid", həm də "Barselona"nın hakim qərarlarını müzakirə etdiyini, lakin ən böyük təzyiqin məhz Madrid klubundan qaynaqlandığını bildirib.
Tebas klubların davranış tərzini müqayisə edərək diqqəti "Real Madrid TV"nin fəaliyyətinə çəkib:
Liqa prezidenti vurğulayıb ki, hakimlər üzərindəki təzyiqin böyük hissəsi məhz "Real Madrid TV"də yayımlanan materiallar vasitəsilə formalaşdırılır.
Hər iki klubun digərinin xeyrinə verilən qərarlardan danışdığını qeyd edən Tebas, xüsusilə "Real Madrid"in bu məsələdə daha aqressiv davrandığını və onların davranış tərzinin "Barselona"dan tamamilə fərqləndiyini bildirib.


