UFC-nin keçmiş döyüşçüsü Stiven Tompson karyerasını niyə başa vurduğunu izah edib. O, UFC 334-də Çarlz Radtke ilə qarşılaşmadan sonra idmandan ayrılmaq qərarına gəlib.
Offsideplus.az xəbər verir ki, Tompson döyüşlərin onun üçün həyat tərzi olmadığını bildirib: "Bir çox döyüşçü illərlə bu idmandan asılı qalır. MMA onların şəxsiyyətinə çevrilir. Amma mənim üçün döyüşlər kim olduğumu müəyyən etmir. Mənim gerçək həyatım və mahiyyətim Upstate Karate zalında, uşaqlarla məşqçi kimi işləməkdədir. Həyatımı qazanmaq üçün döyüşməyə ehtiyacım olmayıb. Sadəcə bu idmanı sevdiyim üçün döyüşürdüm. Rəqabəti həmişə sevmişəm, amma artıq buna ehtiyacım yoxdur. Bəzi döyüşçülər üçün illərdən sonra idmandan ayrılmaq çətindir, çünki MMA onların kimliyini formalaşdırıb. Onlar düşünürlər: 'Bundan sonra nə edəcəyəm? Mən indi kiməm?' Buna görə də geri qayıdırlar. Mənə isə bu lazım deyil. Bu işə məcbur deyiləm."
Qeyd edək ki, 43 yaşlı Tompsonun aktivində 18 qələbə, 9 məğlubiyyət və 1 heç-heçə var.


