UFC-nin sabiq çempionu Konor Makqreqor uzun fasilədən sonra tam güclü məşqlərə başladığını açıqlayıb. 

Offsideplus.az xəbər verir ki, o, zədələnmiş dizinin artıq yüklənməyə hazır olduğunu və əvvəlki gücünü bərpa etdiyini bildirib.

Makqreqor sosial şəbəkədə paylaşım edərək bunları qeyd edib: "Mak geri qayıdır! Zalda tam həcmli məşqlərə başlamışam. Ayaq pressi, dedlift, dizə tədricən artan yük və ciddi güc yığımı. Diz artıq yüklənməyə hazırdır, güc geri qayıdır, bədən tam gücü ilə işləyir. Hazırda məşq düşərgəsinə hazırlaşıram".

Xatırladaq ki, Konor Makqreqor 12 iyul tarixində Maks Hollouey ilə döyüşdə dizindən zədə almış və əməliyyat olunmuşdu.