Ceyson Teytum "Boston Seltiks"in tarixi bombardirlər siyahısında daha bir əfsanəni geridə qoyub. Ulduz forvard Bill Rassellin (14 522 xal) göstəricisini keçərək, klubun ən məhsuldar oyunçuları arasında səkkizinci pilləyə yüksəlib. "Qolden Steyt Uorriors"la keçirilən və 87:88 hesabı ilə başa çatan oyundan sonra Teytumun hesabında 14 528 xal var.

Offsideplus.az xəbər verir ki, "Boston Seltiks"in tarixində ən çox xal toplayan oyunçu Con Havliçekdir (26 395 xal). Siyahının növbəti yerlərində Pol Pirs (24 201), Lerri Berd (21 791), Robert Pəriş (18 245), Kevin Makheyl (17 335), Bob Kuzi (16 955), Səm Cons (15 411), Ceyson Teytum (14 528), Bill Rassell (14 522) və Ceylen Braun (13 474) qərarlaşıb.

Teytum uğuru barədə danışarkən bildirib: "Bu, əla hissdir. Bilirsiniz, əgər bu nailiyyəti Bostonda yox, başqa bir yerdə əldə edəcəksənsə, San-Fransisko bəlkə də ən yaxşı ikinci yerdir. Bu, böyük şərəfdir. Bill Rassellin cəmiyyət, basketbol və klubumuz üçün nə qədər önəmli olduğunu hamı bilir. Belə əfsanələrlə adının yanaşı çəkilməsi böyük şərəf və doğru yolda olduğunun göstəricisidir".