"Barselona"nın yarımmüdafiəçisi Fermin Lopesin La Liqanın 13-cü turunda "Vilyarreal"la (3:2) oyunda əvəzləndikdən sonra meydandan qovulmasının təfərrüatları məlum olub.
Offsideplus.az xəbər verir ki, futbolçu Kataloniya təmsilçisinin cinah oyunçusu Entoni Qordona qarşı qayda pozuntusuna görə penalti təyin olunmamasına etiraz etdiyi üçün birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.
Hadisə matçın 74-cü dəqiqəsində, hesab 3:2 olarkən baş verib və görüşün rəsmi protokolunda öz əksini tapıb.
"Futbolçu Fermin Lopes aşağıdakı səbəbdən meydandan qovulub: o, ehtiyat oyunçular skamyasından qalxaraq ehtiyat hakimə minimum məsafəyə qədər yaxınlaşıb və dəfələrlə ucadan "Qarışma!" deyə qışqıraraq kəskin etiraz edib", – deyə raportda bildirilir.
Bununla yanaşı, oyunun baş hakimi Alexandro Ernandes dəqiqləşdirib ki, Fermin Lopes ona hələ qırmızı vərəqə göstərilməmiş meydanı tərk etməyə başlayıb.


