“Milan” Endriki transfer etmək istəyir. 

Offsideplus.az xəbər verir ki, rəhbərlik qış transfer pəncərəsində “Real Madrid”in hücumçusunu heyətinə qatmaq üçün təklif hazırlayır. İspaniya klubu braziliyalı futbolçunun ayrılmasına müsbət yanaşır.

ESPN-in məlumatına görə, Joze Mourinyo Endrikin komandada qalmasını istəyir. Bununla belə, “Real Madrid” 60-70 milyon avro civarında təklifləri nəzərdən keçirə bilər.

Madrid klubu mümkün transfer razılaşmasına futbolçunu sonradan geri almaq bəndinin də daxil edilməsini düşünür.