"Anadolu Efes" Basketbol Super Liqasının doqquzuncu turunda səfərdə "Trabzonspor"u 77:70 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi ilk üç hissədə üstünlüyü ələ alıb. Son dəqiqələrdə meydan sahibləri Brandon Bostonun fəallığı ilə fərqi azaltsalar da, "Anadolu Efes" üstünlüyünü qoruyub.
Qonaqların heyətində Cordan Loyd 21 xalla komandasının ən məhsuldar oyunçusu olub. Dario Şariç 16 xal və 9 ribaundla fərqlənib, Metyu Strazel isə 10 xal toplayıb.
"Trabzonspor"da Brandon Boston 26 xalla seçilib, Roys Hamm isə 14 xalla ikirəqəmli nəticə göstərib.


