Misli Premyer Liqasında XII turuna bu gün yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, günün ilk oyununda "Neftçi" "Araz-Naxçıvan"ın qonağı olub.
Qarşılaşma Şamaxı şəhər stadionunda baş tutub.
"Ağ-qaralar" 3:1 hesablı qələbə qazanıb. Qustavo Klisman görüşdə dubla imza atıb.
Onun xüsusilə ilk qolu əla alınıb.
"Neftçi" 27 xalla çempionatın lideridir. "Araz-Naxçıvan" isə 4 xalla sonuncu - 12-ci yerdədir.
MPL, XII tur
22 noyabr (bazar)
14:30 “Araz-Naxçıvan” – “Neftçi” 1:3
Qollar: Rüfət Abbasov, 82' (avtoqol) - Qustavo Klisman, 19', 73', Draqolyub Saviç, 70'
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Əliyar Ağayev
VAR: Fərid Hacıyev
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Şamaxı şəhər stadionu,


