Yeni qələbəsindən sonra Den Huker BMF kəməri uğrunda Maks Holloueylə döyüşmək istədiyini bildirib. O, əsas döyüşdə beş raundlu qarşılaşma arzuladığını və BMF titulunun hazırkı sahibi Çarls Oliveyradan alınmasını istəyib.
Offsideplus.az xəbər verir ki, Huker UFC-nin Qətərdə keçirilən turnirində Brayan Orteqanı hakimlərin yekdil qərarı ilə məğlub edib. 13 dekabrda UFC 335-də Çarls Oliveyra Dieqo Lopesə qarşı BMF kəməri uğrunda döyüşəcək. Oliveyra bu titulu Maks Hollouey üzərində qələbədən sonra əldə edib. Oliveyra isə bildirib: "Əgər BMF kəmərinin mənası bir-birimizi məhv etməkdirsə, onda bu kəməri məndən alın."


