İliya Topuriya qardaşı Aleksandrın döyüşündə baş verənlərlə bağlı açıqlama verib. O bildirib ki, Aleksandr Topuriya Sançaqo Luna ilə qarşılaşmanın ilk dəqiqələrində sol çiynini çıxarıb və bu zədə döyüşün gedişatına ciddi təsir göstərib.

Offsideplus.az xəbər verir ki, İliya Topuriya sosial şəbəkədə bunları yazıb: "Döyüşün ilk dəqiqələrində qardaşım sol çiynini çıxardı. Bu zədə qarşılaşmanın axarını tamamilə dəyişdi. Buna baxmayaraq, o, döyüşü mübahisəli qərara qədər apardı. Düşünmədən edə bilmirəm ki, əgər qardaşım döyüşə tam gücü ilə çıxa bilsəydi, nəticə necə olardı". Aleksandr Topuriya Sançaqo Lunaya məğlub olub və bu, onun liqadakı ilk məğlubiyyətidir. İliya Topuriya məğlubiyyətdən sonra əlavə edib: "İllərdir bir çox insan bizi öz məqsədləri üçün istifadə etməyə çalışıb. Minnətdarlıq əvəzinə, arxamızca bizi ləkələyirlər".