İtaliya milli komandasının baş məşqçisi Luçano Spalletti həmkarı Antonio Kontenin "Yuventus"a mümkün qayıdışı ətrafında yayılan xəbərlərə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis işsiz olan məşqçinin böyük klublarda çalışmaq arzusunun təbii qarşılanmalı olduğunu deyib:
"Hesab edirəm ki, Konte kimi işsiz olan bir məşqçinin İtaliya millisi, "Milan", "Mançester Yunayted" və ya "Yuventus" səviyyəsində nüfuzlu komandalara rəhbərlik etmək istəməsi tamamilə normaldır.
Buna görə də ətrafda yaranan bu qədər səs-küyün səbəbini başa düşmürəm. Mən də klubsuz qaldığım dövrlərdə oyunlara və məşqlərə gedir, yeni biliklər öyrənirdim. Özümü inkişaf etdirir, gələcək komandam üçün həll yolları axtarırdım. Bunu həm əvvəlki, həm də gələcək işimə tam hörmətlə yanaşaraq edir və uyğun məqamı gözləyirdim".


