UFC-nin Qətərdə keçirilən turnirində Kevin Valexosa uduzan sabiq çempion Alcameyn Sterlinq məğlubiyyəti ilə razılaşmayıb.

Offsideplus.az xəbər verir ki, hakimlərin yekdil qərarı ilə məğlub elan olunan döyüşçü nəticəni ədalətsiz saydığını sosial şəbəkə hesabında dilə gətirib:

"Qəfəsdə rəqibindən daha çox zərbə endirirsənsə və onu səhvə məcbur edirsənsə, qələbə qazanacağını düşünürsən. Ola bilsin, Valexosun küncündə olanların onun dəqiq zərbələrinə sevinclə qışqırması hakimlərin qərarına təsir edib. Bu, mənim günüm deyildi. Daha çətin vəziyyətlərdə də olmuşam".