"Minnesota Timberwolves"un baş məşqçisi Kris Finç komandanın forvardı Ceyden MakDenielsin həm meydançada, həm də kənarda göstərdiyi sabitliyi yüksək qiymətləndirib.
Offsideplus.az xəbər verir ki, Finç MakDeniels barədə belə danışıb: "O, sabitliyin özüdir. Hər gün eyni səviyyədə çıxış edir, gündəlik həyatında da dəyişməz qalır. Onun bir qaydası var və bu, saat kimi dəqiqdir. Əgər həyatda sabitlik varsa, meydançada da eyni uğuru əldə etmək mümkündür. O, kim olduğunu yaxşı bilir və buna uyğun oynayır".
Qeyd edək ki, MakDeniels bu gün "Minnesota Timberwolves"un "Memfis Qrizliz"ə qarşı oyununda 25 xal toplayaraq komandasının ən məhsuldar oyunçusu olub. O, 17 atışdan 11-də dəqiq olub.


