Maurisio Poçettino "Mançester Yunayted"də ilk məşqinin dron vasitəsilə çəkilməsinə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, yeni baş məşqçinin və onun köməkçilərinin futbolçularla işlədiyi 12 dəqiqəlik video YouTube platformasında yayımlanıb. Kadrlar Karinqton bazası üzərində uçan dronla lentə alınıb. Videonun müəllifi bildirib ki, bu ərazidə uçuşlara məhdudiyyət yoxdur və o, Mülki Aviasiya İdarəsinin qaydalarına uyğun hərəkət edib. Daha sonra həmin şəxs çəkilişə görə üzr istəyib və videonu silib.
Poçettino bu barədə deyib: "Nə tapmaq ümidindəsiniz? Bizimlə birlikdə gənclər də məşq edir. Bu, xoşagəlməzdir, yaxşı hal deyil. Onlar bununla nəyi göstərmək istəyirlər? Bəli, biz formamız üzərində işləyirdik. Belə təhlükəli bir addım atmağın nə mənası var?"
Bu gün "Mançester Yunayted" Premyer Liqanın 11-ci turunda "Liverpul"la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.


