İtaliyanın tanınmış mütəxəssisi Massimiliano Alleqri "Napoli"nin "Torino" üzərində 1:0 hesablı qələbəsini dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, Alleqri komandasının çoxsaylı qol imkanlarından istifadə edə bilmədiyini bildirib. "Fasilədə uşaqlara dedim: gülümsəyin, bəlkə də qol vurarıq. Onlar əla oynadılar və güclü rəqibə qarşı çətin oyunda qalib gəldilər. Təzyiq altında qalib gəlmək yaxşıdır, amma oyunun tempini daha yaxşı idarə etməli və topu cinahlara daha inamla ötürməli idik. Standart vəziyyətlərdə və künc zərbələrində müdafiədə yaxşı oynadıq", – deyə Alleqri vurğulayıb.


