Misli Premyer Liqasının XII turunda "Şəfa" və "Qəbələ" komandaları üz-üzə gəlib.
Offsideplus.az xəbər verir ki, Sumqayıtda baş tutan görüş saat 17:00-da başlayıb.
"Qırmızı qaralar" çox vacib qələbə qazanaraq son pillələrdən aralanıb.
Onlar xalını 11 edib və 9-cu yerə yüksəlib.
"Şəfa" isə 5 xalla 11-ci yerin sahibidir.
MPL, XII tur
21 noyabr (şənbə)
17:00 “Şəfa” – “Qəbələ”
Qollar: Şahin Şahniyarov, 59, Meşak Uboçioma, 90+2
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Orxan İbişov, Kamal Umudlu
VAR: İnqilab Məmmədov
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Namiq Əliyev
“SOCAR Polymer Arena”


