Azərbaycan Basketbol Liqasının açılış turundan təxirə salınmış qarşılaşma baş tutub.
Offsideplus.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən oyunda "Naxçıvan" və "Neftçi" kollektivləri münasibətlərinə aydınlıq gətiriblər.
Qarşılaşma paytaxt təmsilçisinin 104:84 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra "Neftçi" cari mövsümdə 6-cı dəfə meydanı qalib tərk edib. "Naxçıvan" isə çempionatda ikinci məğlubiyyətlə üzləşib.


