Dünyanın üçüncü raketkası, ispaniyalı tennisçi Karlos Alkaras 2026-cı ilin ATP Yekun Turnirinin qalibi olub.

Offsideplus.az xəbər verir ki, o, həlledici final matçında dünya reytinqinin lideri, almaniyalı Aleksandr Zverevi məğlub edib.

2 saat 2 dəqiqə davam edən görüş Alkarasın 2:0 (6:2, 7:6 (9:7)) hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşma ərzində ispaniyalı tennisçi 7 eys edib, 3 ikili səhvə yol verib və 7 breyk-poynt imkanından 4-nü dəyərləndirib.

Zverev isə aktivinə 4 eys yazdırıb, 1 ikili səhv edib və 5 breyk-poynt şansından 2-dən yararlanıb.

Qeyd edək ki, Karlos Alkaras karyerasında ilk dəfə ATP Yekun Turnirinin çempionu tituluna yiyələnib.