"Atletiko"nun baş məşqçisi Dieqo Simeone La Liqanın 13-cü turunda "Xetafe" üzərində 3:0 hesablı səfər qələbəsini şərh edib.

Offsideplus.az xəbər verir ki, Simeone komandasının vacib oyun nümayiş etdirdiyini bildirib: "Əsas məqsəd bütöv oyun göstərmək idi, haradan təhlükə gözlədiyimizi bilirdik. Uzun müddət qələbə məsələsini həll edə bilmirdik, amma komanda imkanlar yaradırdı. İkinci hissədə hesab 2:0 olanda üstünlük kövrək görünürdü, lakin sonda vacib qarşılaşmanı qələbə ilə başa vurduq".

Simeone bu mövsüm La Liqada altı səfər qələbəsini də dəyərləndirib: "Səfər oyunlarında daha yaxşı çıxış edirik. Vurulan qollar oyunun davamı üçün bizə rahatlıq verir. "Barselona" ilə matçda çox yaxşı 50 dəqiqə keçirdik (1:2). Bu gün isə asan olmadı, çünki Avropanın bütün aparıcı klubları üçün fasilədən sonra oyuna qayıtmaq çətin idi. Evdə azarkeş dəstəyi daha çox olur, amma biz istədiyimiz nəticəni əldə edə bildik".