UFC çempionu İslam Maxaçev videooyunlara münasibətini açıqlayıb. O bildirib ki, kompüter oyunlarının uşaqlar üçün heç bir faydası yoxdur və özü də bu vərdişdən uzaq durmağa çalışır.

Offsideplus.az xəbər verir ki, Maxaçev karantin dövründə kompüterə çox vaxt ayırdığını, lakin Ramazan ayında bunun mənasız olduğunu anlayıb və kompüteri atdığını deyib. "Karantin vaxtı kompüter aldım, çölə çıxmaq olmurdu, məşğuliyyət yox idi. Bir ayın necə keçdiyini hiss etmədim, vaxtımın çoxunu kompüterdə keçirdim. Ramazan ayı başlayanda başa düşdüm ki, bir ayı boşuna sərf etmişəm və kompüteri atdım. İndi uşaqlar üçün kompüterdə heç bir faydalı şey yoxdur", – deyə Maxaçev vurğulayıb.

O, həmçinin Kamaru Usman və Merab Dvalişvilinin iştirakı ilə baş verən insidentə də münasibət bildirib: "Bizim uşaqların hərəkətində səhv görmürəm. Kimsə şərəfə toxunursa, birə-bir, ikiə-bir – fərqi yoxdur, bu, heç nəyi dəyişmir".