"Kəpəz"in futbolçusu Əli Səmədov Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib.
Offsideplus.az PFL-in mətbuat xidmətinə istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi bu yubileyə Misli Premyer Liqasının XII turunun "Qarabağ"la ev matçında çatıb.
2015/2016 mövsümündə debüt edən futbolçu "Kəpəz"də 86 (1 qol), "Şamaxı"da isə 14 oyunda meydana çıxıb.
Qeyd edək ki, Ə. Səmədov ölkə çempionatları tarixində 100 və daha çox oyun keçirən 461-ci futbolçudur.


